Modern.az

Təmsilçimiz bu gün"Eurovision-2016" çıxış edəcək

Təmsilçimiz bu gün"Eurovision-2016" çıxış edəcək

Təhsil

10 May 2016, 12:15

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində "Eurovision-2016" mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi baş tutacaq.

Modern.az-ın xəbərinə görə, ilk yarımfinalda Azərbaycan təmsilçisi Səmra Rəhimlinin çıxışı da olacaq.

"Miracle" (Möcüzə) mahnısını ifa edəcək Azərbaycan təmsilçisi səhnəyə 14-cü sırada çıxacaq.

Səmra Rəhimlinin yarımfinaldakı il çıxışında qızılı paltarda olacağı gözlənilir. O, 4 rəqqas və 1 bek-vokalçı ilə birlikdə çıxış edəcək.

Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı möhtəşəm pirotexniki effektlə müşayiət olunacaq.

İlk yarımfinalda S.Rəhimli ilə yanaşı, Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta iştirakçılarının çıxışı da olacaq.

Qeyd edək ki, müsabiqə ilə bağlı bir maraqlı detalın da üstü açılıb. Dünya şöhrətli amerikalı müğənni Castin Timberleykin də "Eurovision" səhnəsində çıxış edəcəyi məlum olub.

Castin Timberleyk mayın 14-də Böyük finalın fasiləsi zamanı "Can’t stop the feeling!" hitini ifa edəcək.

Ağa AKİFOĞLU  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə