Modern.az

“Bunun əleyhinəyəm və soyad sonluqları ilə bağlı Milli Məclisdə sözümü deyəcəyəm”

“Bunun əleyhinəyəm və soyad sonluqları ilə bağlı Milli Məclisdə sözümü deyəcəyəm”

Parlament

11 Yanvar 2011, 18:18

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Terminologiya Komissiyasının nəzdində adlar və soyadlar üzrə komissiyası Azərbaycan soyadlarının yeni seçim sisteminin təsdiq edilməsi haqqında qərar verib.
Komissiyanın sədr müavini Sayalı Sadıqova APA-ya bildirib ki, soyad sonluqları ilə bağlı qərar 6 bənddə əksini tapıb.

1. Valideynin mövcud soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı bir tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə hansı cinsə mənsub olmasından asılı olaraq -oğlu və -qızı soyad sonluğunun artırılması vasitəsilə. Məsələn, Ağaoğlu Rəşid Ağa oğlu.

2. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -lı, -li, -lu, -lü şəkilçisinin artırılması vasitəsilə. Məsələn, Aydınlı Şəfəq Şair qızı.

3. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə heç bir leksik və qrammatik vasitə artırılmadan. Məsələn, Bəhruz Soltan Baxış oğlu.

4. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -gil və ya -soy şəkilçisinin artırılması vasitəsilə. Məsələn, Azərsoy Turab Əhməd oğlu. Bəhramgil Diləfruz Ziya qızı.

5. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -zadə soyad sonluğunun artırılması vasitəsilə. Belə sözlər bir vurğu ilə deyilir və mürəkkəb söz kimi bitişik yazılır. Məsələn, Dadaşzadə İlqar Dadaş oğlu.

6. Soyad seçimi zamanı titul bildirən xan, bəy, eləcə də hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə tövsiyə edilmir.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında məsələyə belə münasibət bildirib: “-ov, -yev şəkilçisinin soyad sonluğundan çıxarılması irəliyə doğru bir addımdır. Eyni zamanda digər dəyişikliklərin də tərəfdarıyam. Ancaq açığını deyim, şəxsən mən “-zadə” sonluğunun tərəfdarı deyiləm. Heç sonuncu bəndlə də razı deyiləm. Çünki “xan”, “bəy” bir çox halda nəslin ənənəsini davam etdirmək deməkdir. Belə məsələyə qadağa qoyulmasının əleyhinəyəm və parlamentdə öz sözümüzü deyəcəyik”.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı