“Türkiyə Hava Yolları” 1999-cu ildən bəri ən böyük maliyyə itkisi ilə üzləşib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2016-cı ilin 1-ci rübündə şirkət 1,24 milyard lirə (422 milyon dollar) zərər görüb.
Halbuki aviasiya şirkəti bundan əvvəlki ili 373 milyon lirə xeyirlə başa vurmuşdu.
“Bloomberg” agentliyi “Türkiyə Hava Yolları”nın itkilərini Suriya və İraqdakı gərginliklə, ölkənin şərqində kürdlərə qarşı aparılan hərbi əməliyyatlarla və silsilə terror aktlarından sonra ölkənin turizm sektorunun geriləməsi ilə əlaqələndirirlər.
Vüqar İsmayılov