Modern.az

İpoteka Fondundan AÇIQLAMA: 390 milyon manat...

İpoteka Fondundan AÇIQLAMA: 390 milyon manat...

Təhsil

10 May 2016, 16:05


İpoteka Fondu tərəfindən ipoteka kreditləşməsinin bərpa edilməsi və davamlılığının təmin edilməsi məqsədilə 2009-cu ildə istiqraz buraxılışı yolu ilə bazardan maliyyə vəsaitlərinin cəlb edilməsinə başlanılıb.

İpoteka Fondundan Modern.az-a verilən məlumata görə, bu günə qədər 9 emissiya üzrə 390 mln. manat məbləğində vəsait bazardan cəlb edilib.

İpoteka ilə təmin edilmiş istiqrazların emissiyası təkrar ipoteka bazarının inkişafında və ipoteka kreditləşməsinin davamlılığının təmin edilməsində mühüm rol oynayıb.

İlk dəfə olaraq, 29 may 2009-cu il tarixində İpoteka Fondunun 55 000 000 (əlli beş milyon) manat məbləğində 7 il müddətinə AZ2001008682 nömrəli təmin edilmiş istiqrazları dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildiririk ki, Fondun aktiv və passivlərinin effektiv idarə edilməsi modeli, dayanıqlı likvidlik mövqeyi və kredit portfelinin yüksək keyfiyyəti sayəsində birinci emissiya üzrə öhdəliklər (55 mln. manat) hətta vaxtından əvvəl icra olunub.

Bununla da, Fondun ilk emissiyası uğurla və vaxtından əvvəl başa çatdırılıb. Uzunmüddətli öhdəliklərin idarəolunması sahəsində əldə olunmuş təcrübə nəticəsində Fondun növbəti istiqrazları üzrə də öhdəliklərin vaxtında icrası təmin olunacaq.

Aytən ZƏHRA    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə