Modern.az

“AŞPA-da Azərbaycanla bağlı müzakirələrə hazırıq”

“AŞPA-da Azərbaycanla bağlı müzakirələrə hazırıq”

Parlament

11 Yanvar 2011, 19:24

Avropa Şurasının yanvar sessiyasında Azərbaycanda keçirilmiş parlament seçkilər ilə bağlı məruzə Tadueş İlinski tərəfindən təqdim olunacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, sessiyada qurumun il ərzində gördüyü işlər gündəliyə çıxarılacaq.

Bu işlər icərisində olan məruzə Azərbaycanla da bağlı məsələləri əhatə edəcək.

“Biz bu müzakirələrə hazırıq.  Müzakirələrdə Azərbaycan nümayəndə heyəti aktiv iştirak edəcək. Əminəm ki, bu müzakirələr Azərbaycanda kecirilmiş seckilərlə bağlı daha obyektiv və daha vacib məsələləri Azərbaycan nümayəndə heyəti tərəfindən Avropa Şurasına çatdırmağa imkan yaradacaq”-deyə S.Seyidov vurğulayıb.  

Millət vəkili bildirib ki, yanvarın sonunda Azərbaycan nümayəndə heyəti geniş tərkibdə Avropa Şurasının sessiyasında iştirak edəcək.
“Azərbaycan nümayəndə heyətinin 12 nəfərlik heyəti tam tərkibdə sessiyaya gedəcək”.

AŞPA-nın yanvar sessiyasında müzakir olunan məsələlərə toxunan S.Seyidov bildirib ki, iclasda Avropa Şurasında gedən islahatar müzakirəyə çıxarılacaq.

Sessiyanın birinci günü Avropa Şurasına üzv olan ölkələrdə kecirilmiş secgilərlə bağlı məsələ daxil edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!