Türkiyə hakimiyyəti aprelin 8-də sərhəddə İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının 8 yaraqlısını və təşkilata üzv cəlb edənləri saxlayıb Rusiya hüquq-mühafizə orqanlarına təhvil verməyib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunun əvəzində terrorçular Rusiya tərəfinə xəbər verilmədən, sadəcə ölkədən çıxarılaraq geriyə Moskvaya göndəriliblər.
Bundan əlavə, məlumatda iddia edilir ki, deportasiya edilən yaraqlıların siyahısı Rusiya Daxili İşlər Nazirliyində yalnız indi olduğundan, onları vaxtında saxlamaq mümkün olmayıb.
“Türkiyə hakimiyyəti Suriya ilə sərhəddə ikisi qadın olmaqla 8 nəfəri saxlayıb. Onların hamısı İŞİD-in düşərgələrində təlim keçiblər. Ancaq onları rəsmi şəkildə saxlayıb Rusiyaya terrorçu kimi ekstradasiya etməyiblər, sadəcə ölkədən çıxarıblar”, - mənbə deyib.
Türkiyədən çıxarılan 8 nəfər isə bunlardır: İslam Saydlaev, Murad İsmayılov, Medina Miqitova, Ramzan Miqitov, Hacımaqomed Aslanbekov, Tamara Maxaşeva, Osmanhacı Maqomedxanov, Valeri Yerşov.
Modern.az