NATO-nun “Yay Qasırğası” şərti adı altında keçirdiyi hərbi təlimlərə start verilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya sərhəddi yaxınlığında, Estoniyanın cənub-şərqindəki Vırusk və Pılvask qəzalarında keçirilən təlimlərə 500-dən artıq döyüş texnikası cəlb olunub.
NATO qüvvələrinin və Estoniya 1-ci piyada briqadasının keçirdiyi təlimlərə Hollandiya, ABŞ, Litva və Latviya qüvvələri də cəlb olunub.
13-20 may tarixlərində baş tutacaq təlimlərə 6 min hərbçi, o cümlədən 1500 amerikalı və hollandiyalı hərbçi cəlb olunacaq.
Vüqar İsmayılov