Modern.az

Çeçenistanda terror törədənlərin evləri yandı

Çeçenistanda terror törədənlərin evləri yandı

Təhsil

11 May 2016, 12:11


Çeçenistanın Qroznı rayonundakı nəzarət-buraxılış məntəqələrində terror törədən Şamil Canarəliyev və Əhməd İnalovanın evləri yanıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, yanğın zamanı evdəkilərdən heç kim xəsarət almayıb.

Canarəliyevin qohumlarından biri deyib ki, qonşular onlara sığınacaq verib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki açıqlanmır.

Qroznıda baş verən partlayış zamanı 6 polis yaralanıb, onlardan dördü hazırda reanimasiyadadır. Hücumda iştirak edən Şamil Canarəliyev özünü partladıb, İnalov isə Daxili İşlər Nazirliyinin əməkdaşlarından silah almağa cəhd göstərərkən məhv edilib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə