Bir müddət öncə insult keçirərək xəstəxanaya yerləşdirilın, sonra isə müalicəsini ev şəraitində davam etdirən Bakı Dövlət Universitetinin dekanı Şamil Vəliyev artıq öz işinə qayıdıb. Bu barədə məlumatı dekanın özü Modern.az-a açıqlamasında təsdiqləyib. O bildirib ki, dünəndən iş başındadır.
“Artıq dünəndən işə çıxmışam. Şükür Allaha, özümü yaxşı hiss edirəm və hər gələn gün ötən günə nisbətən yaxşı olacaq. Hər şey öz axarına düşəcək”.
Qeyd edək ki, Ş. Vəliyev fevralın 2-də insult diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.
Aytən ZƏHRA