Ermənistanın baş naziri Ovik Abramyan ölkə rəhbərliyinin Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyi tanınması ilə bağlı mövqeyinə aydınlıq gətirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Abramyan prezident Sarksiyanın məsələyə münasibətini belə ifadə edib.
“Prezident çox aydın formada bu məsələ ilə bağlı mövqeyini ifadə edib: əgər hücum və müharibə olarsa, biz bu addıma gedəcəyik. Hələlik buna ehtiyac yoxdur”.
Abramyan hazırda Dağlıq Qarabağla Ermənistan arasında qarşılıqlı yardım haqda müqavilənin hazırlandığını da bildirib.
Vüqar İsmayılov