Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə müraciət edib.
Bu barədə Modern.az-a İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İTV rəhbərliyi Avropa Yayım Birliyindən tələb edib ki, Ermənistan nümayəndə heyəti beynəlxalq hüquqa zidd hərəkətə görə sərt səkildə cəzalandırılsın. Bu isə Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəklində ola bilər.
Xatırladaq ki, dünən gecə keçirilmiş yarımfinal konserti zamanı Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan Dağlıq Qarabağda qurulan separatçı rejimin "bayrağını" qaldıraraq dalğalandırıb.
Modern.az