Modern.az

Xarici tələbənin varlığı universitetlərimizi məsuliyyət altına salacaq...

Xarici tələbənin varlığı universitetlərimizi məsuliyyət altına salacaq...

Təhsil

11 May 2016, 14:49

“Akademi Group” Təhsil Mərkəzi tələbələrin xaricdə təhsili və xarici universitetlərlə Azərbaycan universitetlərinin arasında əlaqələrin qurulması üçün bu günə qədər xeyli işlər görüb.

Bu barədə Modern.az saytına qurumun rəhbəri Razi Vəliyev deyib. O, qeyd edib ki, 2015-ci ildən etibarən xarici tələbələrin Azərbaycan universitetlərinə cəlb olunması üçün fəaliyyətə başlayan qurum, “Study in Azerbaijan Platform”unu qurmuş, bu çərçivədə İstannbulda keçirilən beynəlxalq tədbirlərdə 50-dən çox xarici təhsil şirkətləri ilə görüşmələr keçiriblər.

“Azərbaycan universitetlərinə tələbə cəlb olunması üçün müzakirələr aparmışıq. Son olaraq bu ilin aprel ayında Polşa unviersitetlərini, İran və İraqdan xaricdə təhsil şirkətlərini Azərbaycana dəvət edən “Akademi Group” bu şirkət və universitetlərlə tələbə mübadiləsi və qəbulu haqqında müzakirələr aparmış, tədbirdə Azərbaycan universitetləri Xəzər Universiteti tərəfindən təmsil olunub. Əcnəbi tələbə bir ölkə üçün 4 illik ekonomik gəlirin yanında həm də könüllü mədəniyyət elçisidir.

Belə ki, məzun olan tələbələr ən çox məzun olduqları ölkə şirkətləri ilə iş görməyə daha çox meyillidirlər.

Qarabağ məsələsi bu tələbələrə daha doğru və dolğun şəkildə çatdırılacaq, təbii ki, Azərbaycanda təhsil alan əcnəbilər ölkəmizi qayıdandan sonra təbliğ edəcəklər.

Cənab Prezidentin elan etdiyi “Multikulturalizm ili” öz həqiqi mənasına qovuşmuş olacaq, qeyri neft sektoru inkişaf edəcəkdir. Xarici tələbənin varlığı universitetlərimizi də məsuliyyət altına salacaq və ali təhsil müəssisələri daha çox özünü inkişafa yönəldəcək.

Bütün bunları nəzərə alan şirkətimiz 2016-2017 tədris ili üçün həm Azərbaycan universitetlərinə tələbə qəbulu üçün xarici şirkətlərlə əməkdaşlığını genişləndirir, həm də şirkətlərlə müqavilələr imzalayaraq həmin sərgilərdə "Study in Azerbaijan" Pavilyonu olaraq çıxış etmək üçün hazırlıqlar aparır. Ümid edirik ki, universitetlərimiz və nazirlik bu məslədə bizə dəstək olacaqlar”.

Qafar AĞAYEV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə