Modern.az

“AXCP-Müsavat əməkdaşlığının siyasi perspektivi yoxdur”

“AXCP-Müsavat əməkdaşlığının siyasi perspektivi yoxdur”

Təhsil

11 May 2016, 15:17

“AXCP-Müsavatın əməkdaşlıq təcrübəsi göz qabağındadır. Onların heç bir siyasi perspektivi yoxdur. Onlar haqqında ümumiyyətlə maraqlanmıram”.

Modern.az saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu  bu günlərdə AXCP-Müsavat görüşü haqqında danışarkən belə deyib.

Partiya sədri bildirib ki, bu siyasi partiyaların herç bir əhəmiyyəti qalmayıb:

“AXCP-Müsavat elə bir siyasi əhəmiyyətə malik olmadıqlarına görə, açığını deyi ki, heç xəbərim də yoxdur həmin görüşdən. Buna hansısa siyasi şərh vermək belə düzgün deyil.

Biz antiböhran koalisiyasında təmsil olunuruq, hansısa təkliflər gəlsə, dəyərləndirmə bilərik.

Faktiki olaraq burdayıq və buradan çıxmamış hansısa koalisiyaya keçməyimiz düzgün olmaz.”

Qeyd edək ki, mayın 9-da Müsavat Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup təmsilçisi arasında görüş olub.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə