Modern.az

Nazirlik: “Cəbhəyanı kənd məktəblərinin şagirdlərinə güzəştlər veriləcək”

Nazirlik: “Cəbhəyanı kənd məktəblərinin şagirdlərinə güzəştlər veriləcək”

Təhsil

11 May 2016, 15:33

Aprelin əvvəlində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində cəbhəyanı kəndlərdə bir neçə məktəb dağıdılıb və şagirdlər xeyli müddət təhsildən yayınıblar. Cəbhəyanı kənd məktəblərinin şagirdlərinə güzəştlərin edilməsi və onların buraxılış imtahanlarından azad edilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta cəbhəyanı rayonların təhsil şöbələrinin müdirləri bu təkliflərlə Təhsil Nazirliyinə də müraciət ünvanlayıblar.

Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı müzakirələr aparılır və buna uyğun müvafiq qərar qəbul olunacaq.


Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə