Modern.az

AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri: “ Bu vacib tarixdir...”

AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri: “ Bu vacib tarixdir...”

12 Yanvar 2011, 11:36

 “Hesab edirəm ki, Azərbaycanın Avropa Şurasındakı 10 illik fəaliyyəti vacib tarixdir. Əsas məsələ ondan ibarətdir ki, 10 müddətində Avropa Şurası vasitəsilə ilə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilmişik”.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizin beynəlxalq qurumdakı onillik fəlaiyyətini jurnalistlərə şərh edərkən deyib.

Onun sözlərinə görə, bu iş davam etdiriləcək. “Fəaliyyətimizi yüksək səviyyədə təşkil temək üçün əlimizdən gələni edəcəyik. Azərbaycanın Avropa Şurasına ən yüksək səviyyədə üzvliyi torpaqlarımız işğaldan azad olduqdan sonra qeyd olunacaq”.

S. Seyidov bildirib ki, Azərbaycan nümayəndə heyəti hansısa cərcivədə ölkəmizin beynəlxalq quruma daxil olmasının ildönümünü qeyd etməyə çalışacaqlar. “Yəqinki rəsmi görüşlər kecirəcəyik”-deyə o bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Avropa Şurasında ciddi işlər görür. “Azərbaycanın maraqlarını, Qarabağ məsələsini qurumun diqqətinə çatdırmaq bizim əsas işimizdir”. 


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir