Modern.az

Taleh Bağırov məhkəmədə nə dedi?

Taleh Bağırov məhkəmədə nə dedi?

Təhsil

11 May 2016, 17:03

 

Bu gün Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə, Taleh Bağırovun barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.

Modern.az saytı xəbər verir ki, bu haqda vəkil Elçin Sadıqov məlumat verib. Vəkil T.Bağırovun məhkəmədə səsləndirdiyi bəzi fikirləri bölüşüb:

“Taleh Bağırov məhkəmədə bildirdi: "Mən özümü həbsdə də çox azad hiss edirəm. Bizim mübarizəmizin əsas məqsədi ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının bərqərar olması, insanların azad firavan yaşamasını təmin etməkdir.

İstəyirik ki, heç kəs düşüncəsinə, sərbəst, dinc toplaşmaq azadlığından istifadəyə və ifadə etdiyi fikirlərə görə təqib olunmasın.

Daha sonra Taleh Bağırov hakimə müraciət edərək:

"Biz həmçinin sizin azadlığınız üçün çalışırıq. İstəyirik ki, qərar qəbul edərkən məruzəyə yox, öz daxili inamınıza əsaslanaraq qərar qəbul edəsiniz” E.Sadıqov deyib ki, Nəsimi rayon məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edirlər. “Həmin qərardan apellyasiya şikayəti verəcəyik:

“Apellyasiya şikayətimiz təmin olunmadığı təqdirdə Avropa Məhkəməsinə şikayət edəcəyik”.

Noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman Birliyi” adı altında qanunuz fəaliyyət göstərən 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2 polis əməkdaşı olmaqla 7 nəfər öldürülüb.

Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə