Türkiyənin şimal-qərbindəki Koceli şəhəri yaxınlığında çeçen səhra komandiri, Şamil Basaevin silahdaşı Xunkar-Paşa İsrapilovun qardaşı Ruslan İsrapilov öldürülüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qatillər onun yaşadığı evin qapısını döyərək, çeçen dilində küçəyə çıxmasını xahiş ediblər. Bundan sonra Ruslan evdən çıxıb, başına və sinəsinə dörd dəfə atəş açılıb.
O, aldığı yaralardan yerindəcə keçinib. Hazırda hadisə yerində polis müstəntiqləri və ekspertlər işləyir. Şahidlərin sözlərinə görə, qatillər 3 nəfər olub. Cinayəti törətdikdən sonra “Volkswagen Caddy” avtomobili ilə hadisə yerini tərk ediblər.
Yerli KİV Ruslan İsrapilovun öldürülməsində Rusiya mafiyasının, yaxud bu ölkənin xüsusi xidmətinin dayandığını xəbər verib.
2015-ci ilin noyabr ayında İstanbulda vəhhabi ideoloqu Movladi Uduqovun kürəkəni Abdulvahid Edilqeriev də güllələnib.
Modern.az