Modern.az

Peyvənddən kənarda qalan uşaqlarla bağlı AÇIQLAMA

Peyvənddən kənarda qalan uşaqlarla bağlı AÇIQLAMA

Təhsil

12 May 2016, 15:18


“İlin sonuna kimi peyvənddən kənarda qalan 2-3 faiz uşaq olur ki, onlar da immunlaşdırma həftəsində peyvəndlərə cəlb olunurlar”.

Bu sözləri Modern.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O qeyd edib ki, bu gün respublikada uşaqların peyvəndə cəlb olunması 98 faizdir.

“Tək-tək hallarda peyvəndlərdən imtina olunur. Onlarla da poliklinikaların tibb işçiləri işləyirlər. Hal-hazırda peyvəndlə əhatə olunma Respublika üzrə yaxşı səviyyədədir.

Uşaqlar peyvənddən kənarda 2,3 və ya 5 ay qalır. Amma valideyn düzgün məlumat aldıqdan sonra uşağını peyvəndə gətirir”. A.Əliyeva bildirib ki, hər hansı səbəblərdən peyvəndlərdən kənarda qalan uşaqlar üçün individual sxem hazırlanır və ona uyğun uşaq bütün lazımi peyvəndləri alır.

“Geciksə olsa belə, uşaqlar yaşına uyğun peyvəndləri alır. Ümumiyyətlə, peyvəndlər uşaqları yalnız balaca olarkən qorumur. Bütün yaşlarda infeksiyalara yoluxma müşahidə olunur. Peyvəndi indi almalıdır ki, o insan qorunsun və gələcəkdə xəstəliyə bir də tutulmasın. 2006-cı ildə qızılca, məxmərəyə görə  böyük kampaniya aparıldı və bu xəstəliyə yoluxma faizi sıfıra endirildi.  

Peyvənd olan insan xəstə insanla təmasda olsa belə, onun immuniteti varsa, o peyvəndi uşaq və ya yeniyetmə dövründə almasından fərqli olmayaraq qorunur.

Hepatitə qarşı çalışırıq ki, uşaqlar tam əhatə olunsun. Uzun illər, hətta həyatının sonuna qədər insan aldığı peyvəndlərə uyğun xəstəliklərlə yoluxmur”.

Mərkəz direktoru vaksinlərin ölkələrə görə keyfiyyəti məsələsinə də toxunub.  Mərkəz direktoru qeyd edib ki, bütün vaksin preparatları UNİCEF xətti ilə gəlir.

“Yüksək səvviyədə müayinələrdən keçmiş vaksinlərdir. Fərqi yoxdur, Hindistanda belə istehsalçı varsa, ÜST-ün nəzarəti altında işləyirlər.

Bizdə bir-iki vaksin Hindistanındır. Polklinikalarda Belçikanın, Niderlandın, ABŞ-ın da istehsalı olan vaksinlər var. Bir-iki vaksinimiz Hindistan və Koreya istehsalı olur. Biz o vaksinlərlə xəstəlikləri yox etmişik. Polimelit 1995-ci ildən sonra yoxdur.

Hindistan istehsalı olan polimelit vaksini ilə bu xəstəliyi ləğv etmişik. Hindistan istehsalı qızılca, məxmərək əleyhinə vaksinlərlə Azərbaycanda bu xəstəliklərin ləğvinə, eliminasiyasına gəlmişik. İnsanlar bilmir, məlumatı az olur, kiminsə sözündən eşidib fikir yeridirlər. Əgər bu vaksinlərlə xəstəliyi ləğv etmişiksə, demək keyfiyyətlidirlər”.  

Aytən ZƏHRA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə