FİFA 2011-ci ildə milli komandaların reytinq cədvəlini açıqlayıb. Bu siyahının ilk 3 pilləsində son mundialın mükafatçıları qərarlaşıb. Son dünya çempionu İspaniya yığması 1887 xalla 1-ci, Hollandiya millisi 1723 xalla 2-ci, Almaniya isə 1485 xalla 3-cü olub.
Azərbaycan milli komandası isə bu dəfə bir pillə irəliləyərək 343 xalla 97-ci pillədə qərarlaşıb.
Millimizin AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərinə gəlincə, bu komandaların da mövqeyində ciddi dəyişiklik olmayıb. Belə ki, Türkiyə 741 xalla 31-ci, Avstriya 569 xalla 46-cı, Belçika 526 xalla 58-ci, Qazaxıstan isə 161 xalla 137-ci yerdə qərarlaşıb. Rəqiblərimizdən yalnız Avstriyanın 1 pillə geri, qazaxların isə bir pillə irəliləməsini qeyd etmək olar.
Reytinq siyahısının ilk 10-luğu isə belədir:
1.İspaniya 1887 xal
2.Hollnadiya 1723 xal
3.Almaniya 1485 xal
4.Braziliya 1446 xal
5.Argentina 1338 xal
6.İngiltərə 1195 xal
7.Uruqvay 1152 xal
8.Portuqaliya 1090 xal
9.Xorvatiya 1075 xal
10.Misir 1036 xal