Arxiv
12 May 2016, 16:21 | HADİSƏ
Ali təhsilli çağırışçıların hərbi xidməti üçün yeni TƏKLİF

“Aprel ayındakı 4 günlük mühüm hərbi əməliyyatlar cəmiyyətdə müharibəyə getmək duyğularını daha da gücləndirdi. Belə olan halda millət vəkillərinin magistr və doktorant olmaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ tələbi gerçək deyil”.

Bu sözləri Modern.az saytına Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc doktorant və magistrlər üçün hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi məsələsindən danışarkən deyib.

Deputat bildirib ki, bu gün magistr və doktoranturada təhsil alnların 83 faizi qadın və 17 faizi isə kişilərdir:

“Hərbi xidmətdən qayıdan kişilərin bakalavr təhsilindən sonra elm dalınca getmək istəyi yox dərəcəsindədir. Alimlərdə orta yaş həddi 55-dən yuxarıdır. 30 yaşına qədər olan kişilərin içində alim olan yoxdur”.

Zahid Oruc magistratura və doktoranturanda əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsində iki yeni variant təklif edib:

“Mən bu məsələ ilə bağlı 2 variant təklif edirəm. Birinci təklifim odur ki, universitetə qəbul olunan oğlanların hərbi xidmətə getməsi təhsildən qabaq baş tutsun. Yəni 23-24 yaşını gözləmədən hərbi xidmət həyata keçirilməlidir.

İkinci təklifim isə odur ki, bakalavr təhsili olan oğlanlar öz ixtisasları üzrə hərbi xidmət yerlərinə göndərilsinlər. Ordu daha çox kontrakt qaydaları ilə xidmət keçmiş qüvvələrdən təşkil olunanda ilə güclü olur.

İstənilən tibb sahəsində mütəxəssisi aparıb tanka, topa yerləşdirmək səhv addımdır. Texniki sahəni daha yaxşı bilənləri savadsız hərbi qulluqçularla eyni tutmaq düzgün yanaşma deyil.

Ali təhsilli oğlanların hərbi xidmət yerləri daha çox onların ixtisaslarına uyğun təşkil edilsin. Burada artıq kompüterin avtomatik seçimi olmasın”.

Deputat üzvü olduğu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi məsələsində fərqli baxışın olmadığını söyləyib:

“Bu məsələ ilə bağlı qanun layihəsinin ilk oxunuşundakı müzakirələr zamanı deputatlar tərəfindən fərqli fikirlər səsləndirildi. Bizim komitədə bu məsləyə fərqli baxış mövcud deyil.

 Parlamentdə də əksər deputatlar hərbi xidmət keçənlərə yalnız 1 dəfə bakalavr təhsili zamanı möhlət hüququnun verilməsinin tərəfdarıdırlar.

Mənim baxışım odur ki, sadəcə çeçenlər kimi səngərə dolmaqla müharibəni taleyini həll etmək mümkün deyil. Müasir texniki qurğuları idarə edəcək kadrlara daha çox ehtiyac var”.

Xatırladaq ki, artıq Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli möhlət hüququnun layihədən çıxarılmasının səbəbini təmas xəttində gərginliyin artması ilə əlaqələndirib.

Ağa AKİFOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib 17 Sentyabr 2019, 18:41 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11