Modern.az

Kritik görüşə az qalır: Lavrovla Kerri Qarabağı müzakirə edəcək

Kritik görüşə az qalır: Lavrovla Kerri Qarabağı müzakirə edəcək

16 May 2016, 16:20

Ermənistan prezidenti Serj Sarkisyan Avstriya paytaxtı Vyanadadır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun təyyarəsi bir saat öncə aeroporta eniş edib.

Axşam ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri ilə görüşü də keçiriləcək.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsində məqsəd 2-5 aprel tarixlərində cəbhə xəttində baş verən hərbi əməliyyatlardan sonra atəşkəs rejiminin möhkəmləndirilməsi məsələləri olacaq.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir