Modern.az

Azərbaycan əsilli biznesmenin azadlığı üçün 180 milyon təklif edildi

Azərbaycan əsilli biznesmenin azadlığı üçün 180 milyon təklif edildi

16 May 2016, 20:35

Moskvanın Presnensk rayon Məhkəməsi Azərbaycan əsilli biznesmen Roman Manaşirovun həbs müddətini növbəti dəfə uzadıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, milyarderin vəkili müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün 180 milyon rubl girov təklif edib. Ancaq məhkəmə hesab edib ki, Roman və onun qardaşı Solomon istintaqdan yayına bilər. Bu səbəbdən biznesmenin həbs müddəti iki ay uzadılıb.

Manaşirovun qohumları onun həbsi ilə razılaşmırlar və bəyan ediblər ki, nəyin bahasına olur-olsun onun azadlığa çıxmasına nail olacaqlar.

Roman Manaşirov 2015-ci ilin noyabr ayında biznesmen həmkarıJanuko Rafailovun barəsindəki həbsdən buraxılması müqabilində Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə külli miqdarda rüşvət verilməsinə vasitəçilikdə təqsirkar bilinir.  Bundan əlavə, Rusiya İstintaq Komitəsi onun qardaşı Solomana qarşı vergi ödəmədiyi üçün cinayət işi qaldırıb.

Roman Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. “Praqa pasajı” TRÇ, “Armada” MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir