Modern.az

Prezident Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb

Prezident Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb

16 May 2016, 22:19

Bu gün Avstriya Respublikasına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin hazırki vəziyyətindən məmnunluq ifadə olundu. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyi qeyd edildi və səfərin yaxşı nəticələrinin olduğu bildirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparıldı. Qarşılıqlı anlaşma və etimad tədbirləri nəticəsində atəşkəs rejiminə riayət olunmasının vacibliyi vurğulandı, bu ilin aprelin əvvəlində qoşunların təmas xəttində baş vermiş hadisələr müzakirə edildi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər