Modern.az

İŞİD Türkiyədə silsilə terror aktlarına hazırlaşır  

İŞİD Türkiyədə silsilə terror aktlarına hazırlaşır  

Aktual

16 May 2016, 22:40

Türkiyənin miilli kəşfiyyatının mayın 19-da gənclər və idman günü bayram zamanı İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının Ankarada terror törədə biləcəyi haqda məlumata malikdir. Modern.az xarici mediaya istinadən bildirir ki, kəşfiyyatın məlumatına görə, 10 İŞİD yaraqlısı cənub-şərqdəki Qazientep əyalətindən ölkə ərazisinə keçib və paytaxt Ankarada 10 müxtəlif yerdə terror törətməyi planlaşdırıblar.
Kəşfiyyatın xəbərdarlığına görə, terrorçuların hədəflərindən biri Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyi ola bilər. Bundan başqa, İŞİD-in Ankaranın ətrafındakı müdafiə komplekslərində və ABŞ-ın bu ölkədəki səfirliyini də hədəf seçəcəyi istisna edilmir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür