Modern.az

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb

16 May 2016, 23:30

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, danışıqlar ATƏT-in Minsk qrupu ölkələrinin iştirakı ilə keçirilir.

Həmsədr ölkələri Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyro, həmçinin ABŞ dövlət katibi Con Kerri təmsil edir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra bu prezidentlərin ilk görüşüdür.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır