Modern.az

Sərkisyandan ETİRAF: “Aprel döyüşlərində 800 hektar ərazi itirdik”

Sərkisyandan ETİRAF: “Aprel döyüşlərində 800 hektar ərazi itirdik”

18 May 2016, 11:19

Aprel ayının əvvəllərində cəbhə xəttində gedən döyüşlərdən sonra erməni tərəfi Qarabağda 800 hektar ərazi itirib.

Modern.az saytının məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sərkisyan Vyana danışıqlarından sonra erməni KİV-lərinə müsahibəsində deyib.

Onun sözlərinə görə, erməni qüvvələri Dağlıq Qarabağın təhlükəsizlik zonasında nəzarət etdiyi 800 hektar ərazini itiriblər.

“800 hektar ərazi itirildi. Amma daha əhəmiyyətli oolan məsələ insanları qorumaq idi. Erməni hərbçilər bunu yerinə yetirə bildilər”,-deyə prezident əlavə edib.

Sərkisyan bildirib ki, itirilən ərazilər onlar üçün strateji əhəmiyyətə malik deyil.

“Bu, seçim məsələsi idi. 800 hektara görə, insanları itirməyə dəyərdimi? İnsanlar bizə daha çox lazım olacaqlar”.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir