Modern.az

Qəzada həlak olanların ailələri  açıqlama gözləyir–Video

Qəzada həlak olanların ailələri  açıqlama gözləyir–Video

19 May 2016, 20:21

 

Əfqanıstanda qəzaya uğrayan təyyarədə həlak olan şəxslərin ailələrinə hələlik rəsmi məlumat verilməyib. Modern.az saytı xəbər verir ki, ANS TV-nin əməkdaşı ötən gün Əfqanıstanda baş verən qəzada həyatını itirən 5 azərbaycanlıdan biri Nadir Rzayevin ailəsi ilə görüşüb.

Hadisə haqqında məlumat alan müxbir Nadir Rzayevi tanıyan hər kəsin onun evinə yığışaraq meyitinin gətirilməsini gözlədiklərini bildirib.

Mərhumun qardaşı İbrahim Rzayev Nadirin ölümü barədə internet portallarından xəbər tutduğunu söylədi. Nadir Rzayevin meyitinin isə sabah, yaxud da o biri gün Azərbaycana gətirilməsi gözlənilir

“Xəbəri internetdə gördük. Əvvəl buna inanmasaq da ANS-in xəbərlərindən sonra dəqiqləşdirdik. Qardaşım ayın 17-si işə gedib. Dünən evə qayıdacaqdı.Nə qədər əlaqə saxlamaq istəsək də zənglərimizə cavab vermirdi. Şirkətlə əlaqə saxlamaq istəsək də bizə heç kim açıqlama vermədi. Bu gün iş yoldaşları gəlmişdi. Biz onlardan müəyyən şeyləri öyrənə bildik” - deyə mərhumun qardaşı söyləyib.

Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb.

Təyyarənin göyərtəsində yük olmayıb. AN-12 tipli təyyarədə yalnız ekipaj üzvləri olub. Ümumi sayı 9 olan ekipaj üzvlərindən 7-si həlak olub, ikisi isə sağ qalıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır