Modern.az

Dərs buraxmağa görə cərimə ləğv edildi 

Dərs buraxmağa görə cərimə ləğv edildi 

20 May 2016, 00:47

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv edilir.

Qeyd edək ki, həmin maddədə dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin yüz manat miqdarında cərimə edilməsi nəzərdə tutulurdu.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi