Modern.az

U-17 Avropa çempionatının qalibi müəyyənləşib

U-17 Avropa çempionatının qalibi müəyyənləşib

Aktual

21 May 2016, 21:08

Bu gün Bakıda keçirilən 17 yaşlılardan ibarət komandalar arasında Avropa çempionatına yekun vurulub. Modern.az saytının məlumatına görə, finalda Portuqaliya ilə İspaniya qarşılaşıblar.

 Piriney yarımadasını təmsil edən iki ölkənin yığmaları arasındakı həlledici qarşılaşma 8-ci kilomter qəsəbə stadionunda keçirilib.

Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində tərəflər hərəyə bir dəfə fərqləniblər. İkinci hissədə isə qapılara qol vurulmayıb. Belə olan halda isə qalibi müəyyənləşdirmək üçün birbaşa penalti zərbələrinə keçilib.

Komandalar ilk 4 zərbəni dəqiq yerinə yetiriblər. Portuqaliyadan Fernandes 5-ci qolu vursa da, İspaniya millisinin kapitanı Morlanesin zərbəsi dirəyə tuş gəlib.

Beləliklə, Bakıda keçirilən qitə birinciliyinin qalibi Portuqaliya millisi olub.

17 yaşlılar arasında Avropa çempionatı:

Final

21 may

 

Portuqaliya - İspaniya - 1:1 (penaltilər: 5:4)

Qollar: Dalot, 27 - Diaz, 32

Baş hakim: Petr Ardeleanu (Çexiya)

Baş hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Ceyhun Səsigözəl (Türkiyə)

Dördüncü hakim: Qunnar Yarl Yonsson (İslandiya)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: Ludoviko Mikallef (Malta)

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı