Modern.az

Deputatdan eks-səfirlərə cavab: “O məbləği ödəmirlər, amma yüksək pensiya istəyirlər”

Deputatdan eks-səfirlərə cavab: “O məbləği ödəmirlər, amma yüksək pensiya istəyirlər”

Hadisə

2 İyun 2016, 14:21

Milli Məclisin sonuncu iclasında xaricdə fəaliyyət göstərən diplomatların pensiyalarının artırılması ilə bağlı təkliflər səsləndirilib. Buna səbəb diplomatik korpuslarda çalışanların pensiya məbləğindən narazı olmalarıdır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına danışarkən məsələyə belə aydınlıq gətirib. O deyib ki, əmək haqqı alan hər bir şəxs sığortaya cəlb edilməlidir:

“Bir qrup vəzifəli adamlar-diplomatlar var ki, ölkədə çalışarkən aldıqları əmək haqqından sığorta haqqı ödəyiblər. Lakin xaricə getdikdən sonra aldıqları yüksək əmək haqqı, əlavələr ki var, ondan sığorta haqqı ödəmirlər. Belə olan halda həmin diplomatların pensiyası Azərbaycanda aldıqları xırda əmək haqqına görə hesablanır.

Bizdə məsələnin qoyuluşu belədir ki, biz, eləcə də dövlət qulluğunda çalışanlar, əlavə paketlərə görə də sığorta haqqı ödəyirik. Yəni, sığorta haqqı ödənilən məbləğdən sonra pensiya hesablanır”.

Komitə sədri təklif edib ki, problemin həlli üçün diplomatlar təmsil olunduqları ölkələrdə aldıqları əlavə gəlirlərə görə sığorta ödəsinlər:

“Diplomatlarımızın Azərbaycanda aldıqları əmək haqqına görə pensiya məbləğləri aşağıdır. Amma xaricdəki maaşları yüksəkdir. Azərbaycandakı əmək haqlarından sığorta ödəyirlər, amma xaricdə aldıqlarından ödəmirlər.

Bizim diplomatların xaricdə aldıqıarı əmək haqqından 25 faiz sığorta haqqı tutulmalıdır. O da böyük rəqəmdir. Məsələn 3 min dolların 25 faizi 750 dollar edir. Bu gün o məbləği ödəmirlər, sonra da yüksək pensiya istəyirlər. Bu qayda əmək haqqı fondu ilə müəyyənləşdirilməlidir ki, məsələ Xarici İşlər Nazirliyin səlahiyyətinə aiddir. Diplomatların pensiyası yalnız dəyişiklikdən sonra arta bilər, başqa cür mümkün deyil”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı