Modern.az

Rüfət Aslanlı Baronessa Nikolsonla görüşdü

Rüfət Aslanlı Baronessa Nikolsonla görüşdü

7 İyun 2016, 10:50

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Böyük Britaniyanın (BB) Baş nazirinin ticarət məsələləri üzə elçisi xanım Baronessa Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Palatadan Modern.az-a bildirilib ki, ölkələrimiz arasında münasibətlərə böyük önəm verdiklərini vurğulayan xanım Baronessa Nikolson kapital bazarları və sığorta sahəsi üzrə həyata keçirilən inkişaf planlarını dəstəklədiklərini bildirib.

Görüşdə əsasən Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələri, dünya maliyyə bazarlarındakı vəziyyət, eləcə də Azərbaycan və Böyük Britaniya kapital bazarlarında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan maliyyə sektorunun mövcud vəziyyəti və MBNP-nın ortamüddətli strategiyası barədə nümayəndə heyətinə məlumat verən Rüfət Aslanlı maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində Böyük Britaniyanın müvafiq dövlər qurumları ilə sıx əməkdaşlığa hazır olduqlarını bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?