Modern.az

Magistr və doktorantların möhlət hüququ müzakirə olundu

Magistr və doktorantların möhlət hüququ müzakirə olundu

7 İyun 2016, 12:38

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirlib.  Modern.az-ın məlumatına görə, iclasda prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunmuş “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Bu barədə iclasda iştirak etmiş komitə üzvü Zahid Oruc  Modern.az saytına məlumat verib.

İclası komitə sədri Ziyafət Əsgərov layihə barədə məlumat verməklə açıb. Layihəyə görə, qanunun 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, magistr və doktorantlara da hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur. 

Layihə müzakirələrdən sonra parlaqmentin iyun ayının 21-də baç tutacaq növbəfənkənar plenar iclasına tövsiyə olunub.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub