Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanvarın 13-də İmişli şəhərində vətəndaşa məxsus avtomobil təmiri sexində yanğın baş verib. Hadisə nəticəsində "Mercedes" markalı minik avtomobilinin salonu və arxa təkərləri yanıb, hadisə zamanı həmin sexdə olan 2 nəfər sex işçisi yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az