Modern.az

ATV barədə yeni məlumatlar yayıldı

ATV barədə yeni məlumatlar yayıldı

13 Yanvar 2011, 19:13

Azad Azərbaycan Televiziya və Radio Şirkəti (ATV) barədə yeni məlumatlar yayılıb. Modern.az xəbər verir ki, internetdəki sosial şəbəkələrdə və media əhli arasında dolaşan bu dəfəki məlumatlara görə, ATV-də ciddi kadr islahatlarına start verilib, hətta telekanal rəhbərliyinin dəyşdirilməsi istiqamətinddə addımlar atıldığı qeyd olunmaqdadır. Bu barədə telekanalda çalışan əməkdaşlara yaxın şəxslər də Modern.az-a zəng edib məlumat verərək məsələnin araşdırmağı xahiş ediblər.

Qeyd edək ki, Azərbaycan teleməkanındakı nöqsanlara, verilişlərin tənqidinə dair səsələnən fikirlərdə həmişə əyləncəli, şou-biznes telekanalı kimi tanınan ATV-nin də payı olur. Həmin tənqidləri nəzərə alan ATV rəhbərliyi indiyədək bir neçə dəfə ictimai qınağa tuş gələn verilişlərini bağlamalı olub.
Məsələn, "Yağ kimi", "Perfomans", "106 house", "Tam sərbəst-solo", “Onun yarısı”,  ”Sən tək deyilsən” verilişlərini bu sıraya aid etmək olar. Sonuncu iki veriliş lap bu yaxınlarda qapadılıb.

İndi yayılan məlumatlara görə, ATV rəhbərliyinin dəyişməsi ilə yanaşı, daha bir neçə veriliş arxivə göndiləcək. Deyilənlərə aydınlıq gətirilməsi üçün əməkdaşımız kanal rəhbərliyi ilə əlaqə saxlayıb.

Azad Azərbaycan Televiziya və Radio Şirkətinin vitse-prezidenti Natiq İbrahimov əməkdaşımızla söhbətdə bu sıradan olan xəbərlərin həqiqətə söykənmədiyini deyib, onları şayiə adlandırıb:  “Bunlar hamısı boş şayiələrdir, belə xəbərlər həqiqətə uyğun deyil”.

“Onun yarısı”, ”Sən tək deyilsən”in ardınca daha bir sıra proqramların bağlanacağı məsələsinə gəlincə, N.İbrahimov bildirib ki, verilişlər bağlana da bilər, açıla da. Onun sözlərinə görə, həmin verilişlər müəyyən vaxt ərzində nəzərdə tutulubmuş: “Verilişlər bağlana, yenisi acıla bilər. Bir veriliş daimi yox, müəyyən vaxt üçün nəzərdə tutulub. Bunlar təbii haldır…”.

Televiziyanın rəhbərliyinin dəyişiləcəyi ilə bağlı xəbərə münasibət bildirən N.İbrahimov “bura özəl televiziyadır, hansısa kadr dəyişikliyindən və ya rəhbərliyin çıxarılmasından söhbət gedə bilməz” deyib.

Sədaqət Süleymanova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir