Modern.az

Deputat Novruz Aslanov nöbəti dəfə seçicilərlə görüşdü

Deputat Novruz Aslanov nöbəti dəfə seçicilərlə görüşdü

13 Yanvar 2011, 19:39

Yanvarın 13-də Novruz Aslanov İsmayıllı rayonunda növbəti görüşünü keçirib. Hər həftənin cümə axşamı seçicilərlə görüş keçirmək artıq ənənə halını alıb. Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, problemlərinin həllinə ümidlənən İsmayıllı sakinləri həftənin cümə axşamı gününü -  deputatın keçirəcəyi qəbulu səbirsizliklə gözləyirlər.
N.Aslanovun həftənin məhz bu gününü görüş üçün seçməsinin özəlliyi bundan ibarətdir ki, cümə axşamı görüşlərdən sonra rayonda hüzrü düşmüş insanların yas mərasimlərində iştirak edib, mərhumun ailəsinə mənəvi və digər dəstəyi verə bilsin.

Sakinlərin qəbulu bu dəfə də rayon mərkəzindəki qərargahda baş tutub. Görüşə gələn insanları fərdi qaydada şəxsən qəbul edən deputat onların üzləşdiyi problemlərə diqqətlə qulaq asıb, həlli yollarını müzakirə edib və əlaqədar yerli qurumlara müvafiq müraciətlər edib.
“Bu istiqamətdə həyata keçirilən fəaliyyət mexanizmi yerli icra orqanlarının da bu proseslərə fəal qoşulmasına zəmin yaradır. Demək olar ki, rayonda bir çox məsələlərin həlli artıq icraya yönəldilib və digər müvafiq addımlar atılıb. Bunlardan xüsusilə, təbii qaz, elektrik enerjisi və içməli su ilə təchizat məsələləri əsas yer tutur. Həmin məsələlərin həlli istiqamətində Novruz Aslanov mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, onların qarşısında əlaqəli məsələləri qaldırır”-deyə deputatın qərargahından bildirib.

Rayonda bəzi kəndlərin, xüsusilə, məcburi köçkünlərin sıx məskunlaşdığı kəndlərin içməli suya olan təlabatını ödəmək məqsədilə N.Aslanov baş nazir A.Rasizadəyə müvafiq müraciət ünvanlayıb. Çox güman ki, 2011-ci ildə bu məsələ öz müsbət həllini tapacaq. 

Yanvarın 13-də qaldırılan məsələlər arasında müalicə, ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqları, kommunal xidmətlər, torpaq islahatları və işsizlik problemləri əsas yer tutub. Həmçinin, iri kəndlərdə əhalinin əmək haqlarının və müxtəlif növ müavinətlərinin almaları üçün müvafiq bankomatların quraşdırılması da qaldırılan məsələlər sırasında yer alıb.  

“Qəbula 50 nəfərə kimi seçici gəlib, onlardan bəzilərini sizin nəzərinizə çatdırırıq”-deyə qərargahdan bildirib.

Qəbul edilənlər və qaldırılan məsələlər:

1.     İsmayıllı şəhər, Gülsədəf Ələkbərova-əmlakın məhkəmə yolu ilə qaytarılmasına köməklik;

2.     Ağbulaq kəndi, Ağaməmməd Əmirov-şəhid ailəsi kimi müvafiq mənzillə təminat;

3.     İsmayıllı şəhər, İnnab Həsənova-həyat yoldaşının xəstəliyi ilə bağlı maddi yardım;

4.     İsmayıllı şəhər, Telman Süleymanov-müalicəsini davam etdirilməsinə köməklik;

5.     Tircan kəndi, Məhəmmədəli Mürsəlov-oğlunun böyrəyinin İran İR-da dəyişdirilməsinə köməklik;

6.     Vəng kəndi, Sərfinaz Salahova-nəvəsinin müalicəsinə köməklik;

7.     Göytəpə kəndi, Solmaz Mirzəliyeva-övladının təhsil haqqının ödənilməsinə köməklik;

8.     Mican kəndi, Ədalət Səlimov-Qazaxstandakı səfirliyimizə müraciət;

9.     İsmayıllı şəhər, Cimnaz Babayeva- əlillər üçün nəzərdə tutulmuş evdə mənzillə təminat;

10.   İsmayıllı şəhər, Ruhəngiz Məmmədova-oğluna kompüter alınıb, əlavə olaraq maddi köməklik;

11.   İsmayıllı şəhər, Elmira Abdulrəhmanova-maddi yardım;

12.   İsmayıllı şəhər, Dilbər Qurbanova-maddi yardım;

13.   İsmayıllı şəhər, Gülradə Ağayeva-maddi yardım;

14.   Balik kəndi, Adil Məmmədov-maddi yardım;

15.   Tircan kəndi, Validə Əbilova-onkoloji xəstədir, müalicəsinə köməklik;

16.   İsmayıllı şəhər, Nailə Hüseynova-nəvəsinin qulaqlarının İranda əməliyyat olunmasına köməklik;

17.   Aşağıbaş kəndi, Sübhan İsrafilov-övladının xarici ölkədə əməliyyat olunmasına köməklik;

18.   İsmayıllı şəhər, Azər Şahalıyev-kiçik sahibkarlıqla məşğul olmasına köməklik;

19.   Aşağıbaş kəndi, Rafiq Yadigarov-sürücülük vəsiqəsinin geri alınmasına köməklik;

20.   İsmayıllı şəhər,Ülvi Ağazadə-qardaşının təhsil haqqının ödənilməsinə köməklik;

21.   Aşağı Gülyan kəndi, Ağaməmməd Ağayev- kiçik sahibkarlıqla məşğul olmasına köməklik.

 

 

 

 

 

 

 

 

 

 

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir