Modern.az

Dünyada ən ciddi təhlükəsizlik sistemi olan metrolar – SİYAHI

Dünyada ən ciddi təhlükəsizlik sistemi olan metrolar – SİYAHI

Aktual

7 İyun 2016, 22:14

 

Metro sərnişinlər üçün yerüstü nəqliyyat vasitələrindən daha rahat və sərfəli olsa da, burada da xoşagəlməz hadisələrdən, hətta terror aktlarından heç kəs sığortalanmayıb. Bəs, dünyada ən ciddi təhlükəsizlik sisteminə malik metrosu olan ölkələr hansılardır. Modern.az xarici mediaya istinadən həmin ölkələri təqdim edir.

1.Yaponiya

1995-ci ilin mart ayında Tokio metrosunda “Aum Sinrike” dini təriqətinin fanatlarının zəhərli qaz yaymasından sonra yerin altı büsbütün video müşahidə sistemi ilə təchiz olunub, eləcə də vahid situasiya mərkəzi yaradılıb. Videokameralardakı məlumatlar da ora daxil olur. Bundan əlavə, təmiz hava ehtiyatı sistemi yaradılıb, məqsəd qazla hücum zamanı həmin ərazini təmiz hava axını ilə təmin etməkdir.

2. ABŞ

Vaşinqton və Nyu-Yorkda metropolitenin mühafizə xidməti şübhəlu sərnişinlərin çanta və çamadanlarını yoxlamaq hüququ var. Əl yükü xüsusi qurğular vasitəsilə çəkilir, bir çox halda açılması xahiş olunur və orada saxlanılan əşyalara baxılır. Stansiyalarda itlərlə kinoloqlar keşik çəkirlər. Əgər sərnişinlər baxışdan keçməkdən imtina edirlərsə, onlar stansiyaya buraxılmırlar.

3. İngiltərə

2005-ci ili iyulun 7-də London metrosundakı partlayışdan sonra xüsusi “ağıllı” müşahidə kameraları fəaliyyət göstərir. Əgər sərnişin hər hansı şübhəli əşyanı atıb gedirsə, bu kameralar həyəcan siqnalı vermək qabiliyətinə malikdir. Bundan əlavə, 2006-cı ildə analitikləri, əməliyyatçıları və müstəntiqləri birləşdirən  xüsusi metropoliten polisi yaradılıb. Bu, bir növ terrora qarşı tez reaksiya qüvvələridir.

4. Fransa

1995 və 1996-cı illərdə Paris metrosundakı terror aktlarından sonra polis “Vijipirat” planı tətbiq edib. Bunun sayəsində adamların çox toplaşdığı yerlərdə – vağzallarda, hava limanlarında və metro stansiyalarında polis qüvvələri və ordu hissələrinin vasitəsilə gücləndirilmiş patrul rejiminin tətbiqi nəzərdə tutulur. Parislilər şübhəli hesab etdikləri hər şey barəsində polisə fəal məlumat çatdırırlar.

5. İspaniya

2004-cü il martın 11-də Madrid metrosundakı partlayışdan sonra ölkədə bütün hüquq-mühafizə orqanları üçün kompleks plan müəyyənləşdirilib.  4 minə yaxın əlacə videomüşahidə kamerası quraşdırılıb, özəl mühafizə ştatı genişləndirilib. Özəl mühafizəçilərin sərnişinləri saxlamaq, onlardan sənədlərini tələb etmək və baxış keçirmək hüququ var. Şübhəli şəxs müəyyənləşdiriləndə, polis əməkdaşlarını çağırırlar.  Bundan əlavə, metropolitendə patrul çəkmək üçün xüsusi milli dəstələr yaradılıb.

6. Çexiya

Praqa metropolitenində əlavə təhlükəsizlik tədbirləri 2009-cu ildə tətbiq olunub. Stansiyalara müəyyən partlayış gücünə tab gətirə biləcək xüsusi zibil yeşikləri qoyulub.  Daima videomüşahidə sistemi fəaliyyət göstərir, xüsusi  kimya müdafiəsi sistemi var. Hazırda sərnişinlərin identifikasiyasına əsaslanan təhlükəsizlik sistemi tətbiq olunur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir