ABŞda “Journal of Cosmology” elmi jurnalında Marsda koloniya qurmaq üçün dönüşü olmayan səfərin edilməsinin lazım olduğunu bildirən məqalə dərc edilib. Məqalə dərc edildikdən sonra 400-dən çox oxucu bu səyahət üçün könüllü olduğunu bildirib.
Modern.az-ın məlumatına görə, 400-dən çox könüllü NASA-nın astronovtlar üçün təyin etdiyi ölçülərə uyğun olmasa da, dönüşü olmayan və 20 il sonra uçuşu planlaşdırılan Marsa səyahətə getmək üçün müraciət ediblər.
Qaynaqları insanın yaşaması üçün yetərli olduğu düşünülən “qırmızı planet”ə səyahətin 10 ay davam etməsi gözlənilir.
Jurnalın redaktoru da bu qədər insanın dönüşü olmayan səyahətə getmək üçün könüllü olmasını çox təəccüblü hesab edib.
Modern.az