Modern.az

"Ürək qüsuru olan xəstə uşaqlara dövlət qayğısı artırılmalıdır"

"Ürək qüsuru olan xəstə uşaqlara dövlət qayğısı artırılmalıdır"

Parlament

27 Oktyabr 2009, 13:15

Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında millət vəkili Qənirə Paşayeva çıxış edərək Azərbaycanda anadangəlmə və qazanılmış ürək qüsurları olan uşaqların müalicəsinə dövlət qayğısının artırılmasının vacibliyini bildirib.Modern.az-ın məlumatına görə, Qənirə Paşayeva hazırda Azərbaycanda 12 minə yaxın anadangəlmə və qazanılmış ürək qüsurları olan uşağın olduğunu qeyd edib. Onun sözlərinə görə, həmin xəstəliyin aradan qaldırılması üçün tələb olunan cərrahiyyə əməliyyatlarına 5 mindən 30 min manatadək vəsait lazımdır. Millət vəkili xəstə uşaqların əksəriyyətinin yoxsul ailələrin övladları olduğunu və onların müalicə üçün tələb olunan maliyyə vəsaitinə malik olmadıqlarını vurğulayıb. Deputatın sözlərinə görə, Heydər Əliyev Fondu bu istiqamətdə xeyli iş görüb və ürək qüsurları olan uşaqların müalicəsi üçün köməyini əsirgəmir. Lakin bu kifayət deyl və həmin uşaqların probleminin aradan qaldırılmasına mütləq dövlət qayğısının artırılması da zəruridir.


 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü