Modern.az

Oğlanı ağaca bağlayıb yandırdılar – FOTOLAR

Oğlanı ağaca bağlayıb yandırdılar – FOTOLAR

9 İyun 2016, 20:13

 

Ukraynanın Rovno vilayətində dəhşətli hadisə baş verib. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, iki yaşlı kişi meşəyə gətirdikləri yeniyetmə oğlanı ağaca bağlayaraq onun ətrafındakı quru ağacları yandıraraq onun ölməsini istəyiblər.

Xoşbəxtlikdən meşə işçiləri tüstülənməni görərək oğlanın ölməsinə imkan verməyiblər.

“İyunun 8-də saat 17-yə yaxın Berezinovski rayonunun Malinski meşə massivindəki yanğınla bağlı meşbəyi məlumat verib. Polislər yanğın baş verən ərazidə ağaca bağlanan 16 yaşlı Malinsk sakinini aşkar ediblər”, - polisdən bildirilib.

Faktla bağlı cinayət işi qaldırılıb, bu dəhşətli hadisəni törətməkdə şübhəli bilinənlərin 5 ildən 10 ilədək azadlıqdan məhrum edilməsi gözlənilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir