Modern.az

Fikrət Məmmədov rusiyalı həmkarı ilə görüşüb

Fikrət Məmmədov rusiyalı həmkarı ilə görüşüb

9 İyun 2016, 22:11

Ədliyyə naziri Fikrət Məmmədov Bakıda səfərdə olan rusiyalı həmkarı Aleksandr Konovalovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir F.Məmmədov bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib, ötən ilin payızında Sankt-Peterburq şəhərində keçirilmiş Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının illik konfransı çərçivəsində görüşünü xatırladıb.

 

Nazir Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə məlumat verib, ölkəmizdə hakimlərin seçiminin Avropada örnək kimi dəyərləndirildiyini, elə bu gün hakimliyə namizədlərlə vahid auditoriyada ən şəffaf şəraitdə və internetdə onlayn rejimdə yayımlanmaqla test imtahanının keçirildiyini qeyd edib. Həmçinin ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə və digər görülən işlərdən danışıb.

 

Qonaq Azərbaycan və Rusiya arasında tarixi dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahədə uğurla inkişaf etdiyini, Ədliyyə nazirliklərinin ən intensiv qarşılıq fəaliyyət göstərdiyini, o cümlədən vətəndaşların məmnunluğuna xidmət edən hüquqi yardım üzrə əməkdaşlığı və bu sahədə iş həcminin artdığını vurğulayıb. A.Konovalov hüquqi əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu söyləyərək təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

 

Görüşdə qarşılıqlı fəaliyyətin gələcək prioritetləri müzakirə olunaraq maraq doğuran sahələr üzrə təkliflər irəli sürülüb, birgə tədbirlərin keçirilməsinə dair razılığa gəlinib.

 

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub, Rusiyanın ədliyyə nazirinə müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilib.

 

Tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin iştirak edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?