Modern.az

Türkiyədə azot gübrələrinin satışına qadağa qoyulub

Türkiyədə azot gübrələrinin satışına qadağa qoyulub

Dünya

9 İyun 2016, 22:41

Türkiyədə azot gübrələrinin satışına qadağa qoyulub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb həmin maddənin partlayıcı qurğuların hazırlanmasında istifadə edilə bilməsidir.

Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib ki, son vaxtlaradək azot gübrələri 9 700 yerdə satılıb: "Biz son zamanlar təhlükəsizlik orqanları ilə birlikdə həmin satış məntəqələrinə nəzarət edirdik. Lakin bu, kifayət etmədi. Hazırda Türkiyədə terrorçuların partlayıcı maddələrin hazırlanması üçün istifadə etdikləri bu cür gübrələrin satışı dayandırılıb. Biz satışdan müvəqqəti olaraq 64 min ton gübrəni yığışdırmışıq".

F.Çelik deyib ki, Türkiyənin Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyi satışdan yığışdırılmış gübrələrə alternativinin tapılması üzərində işləyir.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır