Modern.az

Anası ailənin razılığı olmadan ərə gedən qızını öldürdü

Anası ailənin razılığı olmadan ərə gedən qızını öldürdü

Dünya

9 İyun 2016, 22:52

Pakistanın Lahor şəhərinin polisi ailəsinin xeyir-duası olmadan ərə gedən qızını öldürməkdə şübhəli bilinən qadını həbs edib.  Modern.az xarici mediaya istinadən bildirir ki, polisin məlumatına görə, Zinat Rafiki çarpayıya bağlayıb üstünə benzin tökərək yandırıblar.

Qızın anası ona görə ittiham olunur ki, bu dəhşətli cinayəti həyata keçirməkdən ötrü qızı aldadaraq evə gətirib, sonra isə ərinin valideynlərinin əlindən alıb.

Bu bir ay ərzində Pakistanda zorakılıqla törədilən üçüncü hadisədir. Hər üç halda qızlar qohumlarının razılığı olmadan nikaha girdiklərinə görə cəzalandırılıblar.

Ötən həftə məlum olub ki, 18 yaşlı müəllimə Marii Sadaqat məktəbin sahibinin oğluna ərə getməkdən imtina etdiyi üçün öldürülüb. Polisdən verilən məlumata görə, 5 naməlum şəxs valideynləri olmayan vaxt müəllimənin evinə girərək qızı döyüblər, sonra üstünə benzin tökərək yandırıblar.  Qız İslamaddakı xəstəxanada ölüb.

Bir ay əvvəl isə kəndlərdən birində ağsaqqalların qərarı ilə 16 yaşlı qız rəfiqəsinə gizli şəkildə qaçaraq ərə getməsinə yardım etdiyinə görə yandırılıb. Hadisədən sonra polis qızın anasını və ağsaqqallar şurasının sədrini həbs edib. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır