Modern.az

Obama Klintonun namizədliyini dəstəklədi

Obama Klintonun namizədliyini dəstəklədi

9 İyun 2016, 23:12

ABŞ prezidenti Barak Obama keçmiş dövlət katibi Hillari Klintonun prezident seçkilərində namizədliyini rəsmən dəstəkləyib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Klintonun seçkiqabağı qərargahı “Twitter”də məlumat yayıb.

“Prezident Obama Hillarini dəstəkləyərək deyib: “Düşünmürəm ki, kimsə başqası nə zamansa bu posta ən yaxşı namizəd olacaq”, - xəbərdə bildirilir.

Hillari Klinton nümayəndələrdən tələb olunan qədər səs toplayaraq Demokratlar Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsini təmin edib. Onun rəqibi Berni Sanders hələ ki mübarizədən geri çəkilmir. Obama bu gün tezdən Sanderslə görüşüb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi