Modern.az

İŞİD-in 2015-ci ildəki gəliri AÇIQLANDI

İŞİD-in 2015-ci ildəki gəliri AÇIQLANDI

Dünya

10 İyun 2016, 00:17

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının 2015-ci ildəki gəliri 1 milyard dollara yaxın olub. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu ABŞ-ın maliyyə nazirinin müavini Deniel Qleyzer bəyan edib.

“İŞİD gəlirini neft və qaz satışından, xarici ianələrdən, insan alverindən, həmişəki kimi bank hesablarının oğurlanmasından əldə edir. Bizim hesablamıza görə, İŞİD-in 2015-ci ildəki gəliri 1 milyard dollara yaxın olub. Bunun yarısı yaraqlıların nəzarət altındakı ərazilərdən neft satışından əldə edilib”, - Qleyzer ABŞ Konqresindəki dinləmələrdə deyib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı