Modern.az

Rusiyadan prezidentlərin görüşü öncəsi daha bir təklif

Rusiyadan prezidentlərin görüşü öncəsi daha bir təklif

10 İyun 2016, 00:44

 

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi ilə bağlı xəbərlər yayılıb. Modern.az  saytı xəbər verir ki, ANS TV-nin Rusiyadakı müxbiri Aqşin Sabiroğlu görüşün yeri və vaxtı ilə bağlı təfərrüatları dəqiqləşdirməyə çalışıb.

 

Rusiya mətbuatının yazdığına görə, tərəflərin görüşü iyun ayının sonunda Sankt-Peterburqda baş tuta bilər. Kremlə yaxınlığı ilə tanınan rus politoloq Sergey Markov bu fikri təsdiqləyib. Markovun dediyinə görə, bundan əvvəlki görüş qarbdə baş verdiyinə görə, Moskva bu dəfəki görüşün Rusiyada baş verməsini çox istəyir.

 

Çünki bu, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Moskvanın daha önəmli rol oynamasını göstərir. Amma Markovun fikrincə, görüş iyunun ortalarında, yəni 16-18 iyunda Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində mümkündür. Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi bu foruma Azərbaycan və Ermənistan prezidentləri də dəvət edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir