Modern.az

Avropa İttifaqı Şəmkir və Gəncəyə səfər təşkil edir

Avropa İttifaqı Şəmkir və Gəncəyə səfər təşkil edir

10 İyun 2016, 10:36

Avropa İttifaqı Nümayənədliyi, Üzv Dövlətlər və Şəmkir və Gəncə şəhərlərinin İcra Hakimiyyəti Aİ-Azərbaycan əlaqələrinin 25 illik yubileyi ilə üst-üstə düşən Aİ Avtobus Turunun başlandığını xəbər verməkdən məmnunluq duyur.

 

Modern.az xəbər verir ki, avtobus Azərbaycan bölgələrinə səfər edərək Avropa İttifaqı və onun ölkədəki fəaliyyəti haqda məlumat yayacaq. Hər dayanacaqda xüsusi proqram nəzərdə tutulub.

 

Aİ-nin Azərbaycandakı səfiri Malena Mard səfər haqqında bildirib:

 

"Aİ Avtobusu Avropa təcrübəsini Azərbaycan ictimaiyyətilə bölüşmək məqsədi daşıyır. Bu yolla biz Avropa İttifaqı və Üzv Dövlətlər barədə Azərbaycanda məlumatlılığı artırmağa və zəngin mədəniyyətimizi daha yaxşı göstərməyə ümid edirik. Hər kəsi Aİ Avtobusunun marşrutunu izləməyə və bütün Gəncə və qonşu bölgələrin sakinlərini iyunun 11-də Gəncədə keçiriləcək Avropa Şəhərciyinə dəvət edirəm. Avropa Şəhərciyinin bilik və əyləncə ilə yadda qalacaq xoş gün olacağından əminəm".

 

İlk Avtobus iyunun 10-da Şəmkirə çatacaq. Şəmkirdə 8 komandanın iştirakı ilə "Breyn Rinq" yarışmasının keçirilməsi nəzərdə tutulur. İştirakçılar Aİ ilə əlaqəli suallara cavab vermək uğrunda yarışacaqlar. Bundan əlavə, Şəmkir, Gəncə və qonşu rayonların sakinləri üçün 7-25 arası 3 ayrı yaş kateqoriyasında, "Avropaya baxış" və "Avropa nağıllarının qəhrəmanları" mövzusunda rəsm müsabiqəsi təşkil ediləcək.

 

Zəka Mərkəzində yerləşən incəsənət qallereyası (Şəmkir şəh, H.Əliyev pr.17) saat 16:00-dan etibarən ictimaiyyətə açıq olacaq. Hər iki müsabiqənin qalibləri Aİ Səfiri Malena Mard tərəfindən mükafatlandırılacaq.

 

Saat 18:00-da Şəmkir səfəri alman kilsəsində keçiriləcək orqan və vokal musiqi konserti ilə başa vuracaq.

 

Görkəmli opera ifaçısı Fəridə Məmmədova (soprano) və beynəlxalq müsabiqələrin qalibi Nigar Məmmədova konsertdə çıxış edəcək.

 

Onlar klassik bəstəkarların seçmə əsərlərini ifa edəcəklər.

 

İyunun 11-də Aİ Avtobusu növbəti dayanacağa - Gəncəyə çatacaq. Proqram Aİ və Üzv Dövlətlərin Səfirlərinin iştirakı ilə Gəncə Avropa Gənclər Parkında Aİ yaşıl guşəsinin qurulması ilə başlanacaq.

 

Saat 15:00-da bütün Gəncə sakinləri Heydər Əliyev Parkında keçiriləcək Avropa Şəhərciyi tədbirinə dəvət ediləcək.

 

Bu tədbirin məqsədi Gəncə sakinlərini Avropa ölkələrinin milli ənənələri və mədəniyyəti ilə yaxından tanış etməkdir. Tədbir proqramına müxtəlif yarışmalar, viktorinalar, karaoke, uşaqlar üçün üzə çəkilən rəsmlər və digər fəaliyyət daxildir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub