Modern.az

Azərbaycan təyyarə istehsal edəcək

Azərbaycan təyyarə istehsal edəcək

Aktual

10 İyun 2016, 10:52

Ukraynada səfərdə olan Azərbaycan nümayəndə heyəti önəmli razılıq əldə edib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, tərəflər Azərbaycan ərazisində təyyarə hissələrinin yığılması üçün zavodun tikintisi barədə razılıq əldə ediblər.

 

Razılığa əsasən, ilk olaraq Azərbaycan Ukrayna tərəfindən 10 ədəd An-178 nəqliyyat təyyarəsi alacaq. 2018-ci ildən sonra isə həmin belə təyyarələrin yığılması üçün zavod ölkəmizdə açılacaq.

 

 Ukrayna layihənin icrasında Azərbaycan hərtərəfli yardım edəcək.

 

Xatırladaq ki, “Antonov” aviaşirkəti Azərbaycanın Silk Way Airlines şirkətinə 10 ədəd müasir An-178 təyyarəsi satacaq.

 

Həmin təyyarələrin tək bir ədədinin qiyməti 40-70 milyon dollar arasında dəyişir.

 

Vüqar İsmayılov  

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!