Modern.az

Ərdoğan ABŞ səfərini yarımçıq qoydu – Məhəmməd Əlinin dəfninə qatılmayacaq

Ərdoğan ABŞ səfərini yarımçıq qoydu – Məhəmməd Əlinin dəfninə qatılmayacaq

Aktual

10 İyun 2016, 10:56

Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-ın Kentukki ştatına gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini yarımçıq qoyaraq ölkəyə qayıtmaq qərarına gəlib.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, iyunun 9-da Luisvill şəhərində keçirilən cənazə namazına qatılan R. T. Ərdoğanın bu gün keçiriləcək dəfn mərasimində iştirakı nəzərdə tutulmuşdu. Lakin prezident cənazə namazından sonra fikrini dəyişib və Luisvilldə Ahıska türklərinin verdiyi iftar yeməyində iştirak etdikdən sonra Türkiyəyə qayıtmağı qərara alıb.

 

 Prezidentin qərarının səbəbləri barədə rəsmi açıqlama verilməyib. Müxalifyönlü “Sözcü” qəzetinin xəbərinə görə, R. T. Ərdoğanın Məhəmməd Əlinin tabutuna Kəbədən gətirilən örtük qoymaq istəyini mərasimin təşkilatçıları müsbət qarşılamayıblar və “biz özümüz sonra qoyarıq”, - cavabını veriblər.

 

Bundan başqa, R. T. Ərdoğanın mərasimdə Türkiyə dini işlər idarəsinin rəhbəri Mehmet Görməzin “Quran” oxumasını istədiyi, təşkilatçıların isə buna icazə vermədiyi bildirilir.

 

Qəzetin iddiasına görə, R. T. Ərdoğan bu səbəblə dəfn mərasiminə qatılmadan vətənə dönmək qərarına gəlib.     

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!