Modern.az

QHT Şurası bu ilin 3-cü qrant müsabiqəsinə başladı

QHT Şurası bu ilin 3-cü qrant müsabiqəsinə başladı

10 İyun 2016, 11:12

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2016-cı il üçün 3-cü qrant müsabiqəsini elan edib.

Modern.az-ın məlumatına görə, müsabiqə aşağıdakı mövzular üzrə  keçiriləcək:

Azərbaycançılıq ideyasının təşviqinə dair təşəbbüslər

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan  irəli gələn məsələlər üzrə təşəbbüslər

İstehlakçıların maarifləndirilməsi və hüquqlarının qorunmasına  dair təşəbbüslər

Sosial - iqtisadi inkişafa dair təşəbbüslər

Regional təhlükəsizlik məsələlərinə dair təşəbbüslər

Soyqırım, terrorizm və dini radikalizm təzahürlərinə qarşı təşəbbüslər

Hüquq mədəniyyətinin inkişafına dair təşəbbüslər

QHT layihələrinə biznes qurumlarının dəstəyinin təşviq edilməsiinə dair təşəbbüslər


Müsabiqə üzrə ərizələrin qəbulu 10 iyun 2016-cı il tarixdən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır:

1-cimərhələ - Layihə təklifinin qəbulu;

Bu mərhələ 10 iyun 2016 – 08 iyul 2016-cı il tarixədək müddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.

2-cimərhələ - Ərizə və layihə təkliflərinin ilkin seleksiyası;

Bu mərhələ 11-22 iyul 2016-cı il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir. 

3-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;

Bu dövr 25 iyul - 26 avqust 2016-cı il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir.

4-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2016-cı il sentyabrın 10-dan sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 22 iyun 2016-cı ildə saat 15.00-da Şuranın Ofisində (Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub