Modern.az

QMİ-dən oruc tutanlara XƏBƏRDARLIQ

QMİ-dən oruc tutanlara XƏBƏRDARLIQ

10 İyun 2016, 12:05

“İmsak vaxtı sübh namazından 15 dəqiqə əvvəl azan verilməsi insanlara qidalanmağı dayandırmaları üçün xəbərdarlıq məqsədi daşıyır".

 

Modern.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı Ağasəid Yaqubov bildirib.

 

Qurum rəsmisi cənub bölgəsindəki məscidlərdə azanın idarənin təyin etdiyi vaxtdan da daha tez verilməsi ilə bağlı sualı cavablandırarkən belə halların mümkün olduğunu deyib:

 

"Ərəblərin yaşadıqları bölgələrdə, eləcə də digər müsəlman ölkələrində də imsak vaxtı, sübh namazından bəzən 15 dəqiqə əvvəl azan verilməsi halları olur. Bu da insanları xəbərdar etmək məqsədi daşıyır. Yəni insanların qidalanmanı dayandırmaları üçün azan verilir.

 

Bu səbəbdən bəzən bölgələrimizdə insanların imsak vaxtının bitdiyini bilmələri üçün azan verilir. Çünki hər kəsin əlində təqvim olmur və onlar məsciddə verilən azanla hərəkət edirlər. Ona görə də məsciddə olan din xadimlərimiz bəzən iki azan verirlər".

 

Ağasəid Yaqubov söyləyib ki, insanlar imsakla sübh namazı azanının vaxtını dəqiqləşdirməlidirlər:

 

"Onlar birinci verilən azanla qidalanmanı bitirməli, amma namazlarını sübh azanı ilə qılmalıdırlar". 

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir